“Atletiko”nun kapitanı ağladı

  • 07 May - 2019

İspaniyanın “Atletiko” klubunun futbolçusu Dieqo Qodin mövsümün sonunda Madrid təmsilçisindən ayrılacaq.

Bu barədə o, keçirdiyi mətbuat konfransında bildirib. 33 yaşlı müdafiəçi qərarını açıqlayan zaman göz yaşlarını saxlaya bilməyib:

"Bura mənim ailəm, klubum və evimdi. “Əlvida” demək çox çətindi. "Atletiko"da möhtəşəm vaxt keçirdim. Qalmağımla bağlı görüşlərimiz oldu, amma razılığa gələ bilmədik. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, 2010-ci ildən Madrid təmsilçisində oynayan Qodinin "İnter"ə keçəcəyi gözlənilir.(qafqazinfo.az)


Oxunma sayı: 44

Oxşar yazılar