Lirə ucuzlaşdı, dollar 9 ayın rekordunu təzələdi

  • 12:22 - 07 May

Dünən axşamdan etibarən türk lirəsi dollara nisbətdə dəyər itirərək, 1 dollar 6,16 TL olub.

Avropa.info xəbər verir ki, dollar keşiş Bransonun azadlığa buraxılmasından əvvəlki məzənəni keçərək son 9 ayın ən yüksək səviyyəsinə çatıb.

Avronun kursu isə 6,9 lirəni keçib.

Türk lirəsinin dollar qarşısından bu qədər ucuzlaşmasının səbəbləri kimi Trampın ticarət müharibələrini 350 milyard dollar əlavə gömrük vergisi ilə yenidən başladacağını deməsi və YSK-nın İstanbulda seçkiləri ləğv etməsi qərarı göstərilir.


Oxunma sayı: 14212

Oxşar yazılar