Yakub Jezniçak “Qarabağ”dan gedir

  • 07 May - 2019

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak Ağdam klubundan ayrıla bilər.

Polşa mətbuatının verdiyi məlumatına görə, 33 yaşlı müdafiəçi mövsüm başa çatdıqdan sonra Azərbaycan çempionu ilə vidalaşacaq.

2017-ci ildən oynadığı “Qarabağ”da iki dəfə ölkə çempionatının qızıl medallarını qazanan Y.Jezniçakın karyerasını vətənində davam etdirəcəyi gözlənilir. Belə ki, Ağdam klubuna “Legiya”dan gələn müdafiəçinin vətənindən aldığı təkliflərdən birini dəyərləndirəcəyi bildirilir.

ONA


Oxunma sayı: 121

Oxşar yazılar