Polad Bülbüloğlu: “Azərbaycan səfirliyində yanğın Rusiya KİV-lərinin dezinformasiyasıdır”

  • 06 May - 2019

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu virtualaz.org-a bildirib ki, Rusiya KİV-lərinin diplomatik korpusun binasında yanğınla bağlı yaydıqları xəbər dezinformasiyadır. 

“Hazırda biz səfirlikdəyik və burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə dərc edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimat mərasimi keçirilir. Tədbir çərçivəsində həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur”, - P.Bülbüloğlu deyib. 

*   *   *21:40 

Rusiya FHN əməkdaşları Moskvanın mərkəzində Azərbaycan səfirliyində baş vermiş yanğınla bağlı məlumatı yoxlayırlar. 

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, idarədən bildirildiyinə görə, yanğın təhlükəsizliyi xidməti səfirlikdə baş vermiş yanğınla əlaqədar məlumat alıb. Hazırda məlumat yoxlanılır. 

Agentliyin həmsöhbətinin sözlərinə əsasən, hadisə yerinə bir neçə yanğınsöndürən briqada göndərilib.


Oxunma sayı: 66

Oxşar yazılar