Şamaxıda evdən 8500 manat oğurlanıb

  • 17:23 - 06 May

Şamaxıda evdən oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-də rayon ərazisindəki evlərin birindən 8500 manat və 300 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Çuxuryurd kənd sakini M.Bəbirova saxlanılıb. 


Oxunma sayı: 5874

Oxşar yazılar