"Bacım oğlu öldürülüb" - Şair Salam Sarvan

  • 15:55 - 06 May

Abşeron rayonunda ölüm hadisəsi baş verib.

Bu barədə ONA-ya şair Salam Sarvan məlumat verib.

Onun sözlərinə görə, 1997-ci il təvəllüdlü bacısı oğlu Mikayıl Mehman oğlu Qəmbərov öldürülüb.

Hadisənin təfərrüatından hələlik xəbərsiz olduğunu deyən Salam Sarvan hazırda morqun qarşısında olduğunu bildirib.

Qeyd edək ki, Mikayıl Qəmbərovun intihar etdiyi barədə mayın 4-də məlumat yayılıb. S.Sarvan isə bacısı oğlunun öldürüldüyünü iddia edir.


Oxunma sayı: 6996

Oxşar yazılar