Bu gün "Qarabağ" yeddiqat Azərbaycan çempionu ola bilər

  • 05 May - 2019

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.

Avropa.info report-a istinadən xəbər verir ki, baş tutacaq matçlardan sonra çempion, gümüş və bürünc medalın sahibi, eləcə də sonuncu yeri tutacaq komandalar müəyyənləşə bilər. Bunun üçün bir sıra uyğun nəticələr qeydə alınmalıdır.

“Qarabağ”ın ardıcıl 6-cı çempionluq üçün taleyi öz əlindədir. Ağdam təmsilçisi evdə “Səbail”i məğlub edəcəyi halda qızıl medalları təmin edəcək. Əyalət təmsilçisi qalib gəlməyəcəyi təqdirdə də birinci ola bilər. Bunun üçün ən yaxın izləyici “Neftçi”nin Qəbələdə xal itirməsi lazımdır. Çünki liderin 60, “ağ-qaralar”ın isə 55 xalı var. Bakılılar səfərdə 3 xal əldə etsələr, çempion son turda “Neftçi” və “Qarabağ” arasında keçiriləcək qarşılaşmada bilinəcək. Bu iki oyun gümüş və bürünc medalın sahiblərinin bəlli olması baxımından da önəmlidir. Hazırda “Səbail” 41 xalla 3-cü, “Qəbələ” isə 36 xalla 4-cü sıradadır. Bu isə o deməkdir ki, “qırmızı-qaralar” “Neftçi”yə qalib gəlməsələr, mükafatçılar sırasına düşmək şansını itirəcəklər.

Günün digər iki oyunu isə sonuncu yeri tutacaq komandanın dəqiqləşməsi baxımından önəmlidir. Hazırda 20 xalla axırıncı yerdə gedən “Keşlə” 5 xal və 2 pillə geri qaldığı “Zirə”ni qəbul edəcək. Qonaqlar uduzmayacaqları təqdirdə, elitadakı yerlərini qoruyacaqlar. Ancaq meydan sahibləri qalib gəlməyə çalışmalıdırlar. Çünki bunu bacarmasalar, turun son matçında 23 xalla 7-ci sıradakı “Sumqayıt” öz meydanında 27 xalla 5-ci olan “Sabah”ı udmaqla, işi bitirə bilər.

Azərbaycan Premyer Liqası

XXVII tur

5 may (bazar)

17:00. “Keşlə” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“ASK Arena”

İlk üç dövrə - 2:2, 1:0, 0:2

18:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Qəbələ şəhər stadionu

İlk üç dövrə - 1:2, 3:1, 1:1

18:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: İlham Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk üç dövrə - 2:0, -:+, 2:1

20:00. “Sumqayıt” – “Sabah”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Kapital Bank Arena”

İlk üç dövrə - 4:1, 0:1, 1:1.


Oxunma sayı: 88

Oxşar yazılar