Nigeriyada üç avtomobilin toqquşması nəticəsində azı 16 nəfər ölüb

  • 04 May - 2019

Nigeriyanın şimalında üç avtomobilin toqquşması çoxsaylı insan tələfatı ilə nəticələnib.

Məlumata görə, qəza nəticəsində azı 16 nəfər həlak olub.

Ağır yol-nəqliyyat hadisəsi dünən axşam saatlarında baş verib. Dambat rayonunda Honda, Peugeot и Volkswagen markalı üç avtomobil toqquşub. Qəzaya yüksək sürət nəticəsində sürücülərin idarəetməni itirməsinin səbəb olduğu ehtimal edilir.


Oxunma sayı: 66

Oxşar yazılar