İran iqtisadiyyatı çətin vəziyyətdə – Sanksiyalar üzündən qiymətlər durmadan artır

  • 13:36 - 04 May

Aprel ayında İranda istehlak mallarının qiyməti 51,4% artıb.

Avropa.info xəbər verir ki, mart ayı ilə müqayisədə inflyasiya 3,9% sürətlənib və 1995-ci ilin dekabrından bu yana rekord həddə çatıb. İlk növbədə ərzaq bahalaşır, inflyasiya onların qiymətini iki dəfə artırır.

Aprel ayında ərzaq və içkilər bir il əvvələ müqayisədə 84,4% artıb. Geyim və ayaqqabıda artım isə 55,7%-57,8% arası dəyişir. 

Nəqliyyat xərcləri 52,5%, əyləncə qiymətləri 72% artıb. Milli valyutanın ucuzlaşması fonunda idxal məhsullar da bahalaşır. Rəsmi kurs 41 rial olsa da, “Qara bazar”da bir dollar 143 min riala qalxıb. Lakin rəsmi kurs yalnız dövlət köçürmələrində mümkündür.

Ölkənin əsas gəlir qaynağı olan neftin ixracatı gündə 1 milyon bareldən aşağı düşüb. Keçən il İran gündə 2,3 milyon barel neft satırdı.

ABŞ Dövlət Departamentinin hesablamasına görə, İran iqtisadiyyatı keçən il 10 milyard dollar ala bilməyib. Apreldə İranın ÜDM-nun enişi 3,2%-dən 6%-ə qədər artıb.

Neftin qiyməti bir barel üçün 125,6 dollar olmalıdır ki, dövlət büdcəni balanslaşdıra bilsin.

Hazırda Tehranın iri müştərilərindən yalnız Çin və Hindistan sanksiyaları tanımayaraq sutkada 500 min barel neft idxal edir.


Oxunma sayı: 8349

Oxşar yazılar