"Tramp bir kovboy qədər cahil adamdır" - Məşhur türk tarixçidən skandal sözlər

  • 04 May - 2019

"Siyasətin orduya qarışdırması son dərəcə təhlükəlidir. Onun üçün də FETÖ olayı son dərəcə təhlükəli bir şeydir. "

Avropa.info xəbər verir ki, bu sözləri məşhur Türkiyə tarixçisi Prof. Dr İlbər Ortaylı deyib. Ortaylı FETÖ-nün xaricdən idarə edilməsinə heç bir şübhəsi olmadığını bildirib.

"FETÖ məsələsi xaricdə də müzakirə olunur. Bəziləri "bu uydurma bir dövlət çevrilişi cəhdidir" deyir. Vallah uydurma deyil, bunu müzakirə etmək belə doğru deyil. Bu şəbəkə insanların həyatını məhv edən bir şəbəkədir. Ən yaxşı məktəblərə kopya ilə tələbə yerləşdirirlər, balqabaq insanları haqqı olmayan olmayan yerlərə gətirirlər və Türkiyəni kökündən qurudurlar. Bir şeyə çox diqqət edirəm. Türkiyədə mövcud olan ordu, mövcud olan polis qüvvələri və bürokratiyanın içindəki ləyaqətlə yüksəlmə sisteminə zərbə endirənlər, fövqəladə şəkildə təhlükəli varlıqlardır. Mən bunların kənardan bəsləndiyinə inanıram. 
 
FETÖ kimi mexanizmlərin arxasında ABŞ-ın durduğunu deyən Ortaylı, Trampı cahil adam adlandırıb. 

"Trump kimi, ya da xanım Klinton kimi bir qadın buradakı hərifləri niyə müdafiə edir? Trump onsuz da bir kovboy qədər cahil, təhsil almış, amma dünyagörüşü etibarı ilə cahil bir adamdır. Ətrafındakı müşavirləri, katibləri, nazirləri də ondan artıq bir şey deyillər. O Klinton dediyimiz xatun gözəl, ağıllıdır. Bir əri var xalqın içindən çıxmışdı, amma yaxşı bir universitet oxuyub. Bu adamları orada tutacaq  bir mexanizm var. Bu əhəmiyyətli bir şeydir onun üzərində dayanmaq lazımdır" - İlbər Ortaylı belə deyib.


Oxunma sayı: 484

Oxşar yazılar