Azərbaycanda problemli kreditlər azalıb

  • 17:23 - 03 May

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il aprelin 1-nə 1 558 milyon manat təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 1,1%, yanvarın 1-nə nisbətən 1,7%, ötən il aprelin 1-i ilə müqayisədə isə 8,9% azdır.

Martın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 11,9% təşkil edib. Bu, nisbət fevralın sonuna 12,1%, ötən ilin sonuna 12,2%, ötən ilin martın sonuna isə 14,7% olub/Report. 


Oxunma sayı: 5225

Oxşar yazılar