Çempionlar Liqası: gələn mövsümə hansı klublar vəsiqə alıb?

  • 14:24 - 03 May

UEFA klub turnirlərinin 2019-2020-ci illər mövsümündə 26 komanda Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə alır.

Avropa.info novator.az-a istinadən bildirir ki, mayın 3-dək İspaniyadan “Barselona”, “Atletiko”, “Real”, İngiltərədən “Mançester Siti”, “Liverpul”, İtaliyadan “Yuventus”, “Napoli”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Leypsiq”, Fransadan PSJ qrupa vəsiqəni təmin ediblər.

Rusiyadan “Zenit”in, Ukraynadan “Şaxtyor”un, Avstriyadan “Zalsburq”un, İsveçrədən “Yanq Boyz” və “Bazel”in, Hollandiyadan PSV və “Ayaks”ın, Yunanıstandan PAOK və “Olimpiakos”un, Xorvatiyadan “Dinamo”nun, İsraildən “Makkabi”nin (Tel-Əviv), İsveçdən AİK-in, Belarusdan BATE-nin, Qazaxıstandan “Astana”nın, Norveçdən “Rusenborq”un, Slovakiyadan “Slovan”ın, Moldovadan “Şerif”in, İslandiyadan “Valyur”un, Macarıstandan “Ferensvaroş”un, Finlandiyadan HİK-in, İrlandiyadan “Dandolk”un, Latviyadan “Riqa”nın, Estoniyadan “Nomme Kalyu”nun, Litvadan “Suduva”nın, Gürcüstandan “Saburtalo”nun, Şimali İrlandiyadan “Linfild”in, Uelsdən “Nyu Sents”in, Farer adalarından “HB Torshavn”ın Çempionlar Liqasında oynayacağı dəqiqləşib.

Təsnifat raundu 25-28 iyunda, birinci mərhələ 9-17 iyulda, ikinci mərhələ 23-31 iyulda, üçüncü mərhələ 6-13 avqustda, dördüncü – sonuncu ələmə mərhələsi 20-28 avqustda keçiriləcək.

Qrup raundu 17 sentyabr-11 dekabr arasına təyin olunub.


Oxunma sayı: 15246

Oxşar yazılar