Eldar Mahmudovun əmisi oğlu ev dustaqlığına buraxılmadı

  • 15:29 - 01 May

Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun məhkəməsi başlayıb.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baş tutan prosesdə hazırlıq iclası keçirilib və anket məlumatları dəqiqləşdirilib. Dövlət Təhülkəsizlik Xidməti mülki iddiaçı kimi tanınıb.

Digər zərərçəkmişlər - Zaur Əzimov 320 min, Sahib Qurbanov isə 100 min manatlıq mülki iddia qaldırıblar. 3 milyon pulu alınan zərərçəkmiş, "Bakı Metropoliteni"nin sabiq sədri Tağı Əhmədov isə prosesdə iştirak etməyib. Vəkillərin V.Mahmudovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.

Proses mayın 15-də davam etdiriləcək.

V.Mahmudov mənimsəmədə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə saxtakarlığı və hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələrinin bir neçə bəndi üzrə ittiham olunur.


Oxunma sayı: 10527

Oxşar yazılar