Türk klubunun futbolçusu yol qəzasında öldü

  • 29 Apr - 2019

Türkiyənin “Alanyaspor” futbol klubunun futbolçularını daşıyan avtobus Kayseridən qayıdarkən devrilib.

Avropa.info xəbər verir ki, Alanya mərkəzindən 5 km məsafədə baş verən qəzada futbolçu xəsarət alıb. Çex futbolçu Yosef Şuralın travmaları ağır olub. Futbolçunu yaralı halda xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Şural “Alanyaspor”a 4 ay əvvəl transfer olub. Bu vaxt ərzində o, 11 oyun keçirib.


Oxunma sayı: 110

Oxşar yazılar