Azərbaycan Prezidenti Cənubi Afrika Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb

  • 26 Apr - 2019

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozayaya təbrik məktubu ünvanlayıb.

 

Avropa.info-nun məlumatına görə, məktubda deyilir:

Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm.


Oxunma sayı: 33

Oxşar yazılar