Prezident İlham Əliyev Niderlandın Kralını təbrik edib

  • 26 Apr - 2019

Prezident İlham Əliyev Niderlandın Kralını təbrik məktubu ünvanlayıb.

Avropa.info-nun məlumatına görə, məktubda deyilir:

Əlahəzrət, 

Ölkənizin milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. 

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. 

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.


Oxunma sayı: 22

Oxşar yazılar