“Reallıqla əlaqəsi yoxdur” - Türkiyə XİN-dən Sevakin adası açıqlaması

  • 26 Apr - 2019

Türkiyə XİN mətbuat katibi Hami Aksoy Sudanın Sevakin adası ilə bağlı Türkiyə ilə Sudan arasındakı müqavilənin ləğv olunacağı haqda xəbərlərin reallıqla əlaqəsinin olmadığını deyib.

Avropa.info xəbər verir ki, Aksoy Türk Əməkdaşlığı və Koordinasiya Agentliyi İdarəsinin (TİKA) Sudandakı tarixi əsərləri restavrasiya etdiyini bildirib.

Xatırladaq ki, Türkiyə mətbuatında bir müddət əvvəl Sudan ilə Türkiyə arasında Sevakin adası ilə bağlı müqavilənin ləğv edilə biləcəyi ilə bağlı xəbərlər getmişdi.

Ömər əl-Bəşiri devirən hərbi çevrilişdən sonra Hərbi Keçid Şurasının sədri Əbdül Fəttah əl Burhan “Tvitter” səhifəsində Sevakin adası ilə bağlı bu açıqlamanı vermişdi:

“Sevakin Sudanın ayrılmaz hissəsidir. Dəyəri maddiyyatla ölçülə bilməz, tarix satıla bilməz. Torpağımızın suverenliyinə əhəmiyyət verdiyimizi vurğulayırıq. Sudanda xarici hərbi kontingentin olmasına razı olmayağıq”.


Oxşar yazılar