Formula 1-də növbəti qəza - Pilot yürüşü dayandırdı

  • 26 Apr - 2019

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü zamanı qəza baş verib.

Avropa.info Trend-ə istinadən bildirir ki, "Racing Point" komandasının pilotu Lens Strollun bolidi təhlükəsizlik barierinə çırpılıb.

Nəticədə bolid trasdan evakuasiya edilib və L.Stroll ikinci sərbəst yürüşü dayandırmalı olub.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.


Oxunma sayı: 44

Oxşar yazılar