“Həmin hadisələr Ermənistanda və Dağlıq Qarabağda radikalizmi artırdı...” – “The National İnterest” jurnalı

  • 26 Apr - 2019

Ermənistanda 2011-ci ildə baş vermiş “məxməri inqilab” davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsində sülhüm əldə olunmasına ümidlər yaratdı, lakin maneələr hələ də qalır.

Bu fikir ABŞ-da dərc olunan nüfuzlu “The National İnterest” jurnalında dərc edilmiş məqalədə yer alır. Məqalənin müəllifi isə Princeton Universitetinin Yaxın şərq Araşdırmaları Departamentinin nəzdindəki Fulbrayt Araşdırmaları proqramının iştirakçısı, Ermənistanın İctimai Elmlər Akademiyasının və Rusiya-Ermənistan Universitetinin siyasi elmlər üzrə mühazirəçisi Ruben Elamiryandır.

Müəllif yazır ki, ötən il baş verən hadisələr həm Ermənistanda, həm Dağlıq Qarabağ erməniləri arasında radikalizmi artırdı. Nəticədə istənilən ərazi güzəştinə xəyanət kimi baxılmaqdadır.

“Hərçənd münaqişəyə cəlb olunmuş bütün oyunçular Cənubi Qafqazda uzunmüddətli sülhə və rifaha can atır, amma onların hər birinin yeni təhlükəsizlik arxitekturasını təmin etmək üçün öz baxışları var. Bununla belə problemin həlli bütün tərəflər üçün qarşılıqlı qələbə ola bilər, əgər dönüş nöqtəsi kimi daha geniş regiona uzunmüddətli və möhkəm sülhün gərək olduğu etiraf edilərsə”-müəllif yazır.

Məqalədə deyilir ki, Azərbaycan və Ermənistan hakimiyyətləri arasında son təmaslar, danışıqlar alqışlanır. Çünki belə dialoq sonradan əməkdaşlığa transformasiya edə bilən etimad mühiti yaratmağa, digər tərəfdən dialoq hər iki tərəfin mövqelərini dərk etməyə, qırmızı xətləri dəqiqləşdirməyə imkan verir.

Erməni araşdırmaçı yazır ki, uzunmüddətli sülh və möhkəm təhlükəsizlik arxitekturası qısamüddətli üstünlüyə qurban verilməli deyil. Çünki gələcəkdə bu təhlükəsizliklə bağlı daha ciddi problemlər meydana çıxara bilər.

Bu baxımdan Elamiryan hesab edir ki, Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı nizamlamanın məhək daşıdır, müvəqqəti status da daxil olmaqla hansısa aralıq həll uzunmüddətli və etibarlı ola bilməz. Hətta münaqişə regionuna sülhməramlı qüvvələr yeridilsə belə.

Erməni müəllif qeyd edir ki, Ermənistan hakimiyyəti həm Azərbaycan, həm beynəlxalq ictimaiyyət üçün nizamlamaya dair dəqiq hədəflərini, qırmızı xətlərini müəyyən etməlidir.

Virtualaz.org


Oxşar yazılar