“9 milyon manata ehtiyac var” – Nazirlik rəsmisi

  • 26 Apr - 2019

“Azərbaycanda aqrar sığortanın tətbiqi üçün ilkin mərhələdə təxminən 9 milyon manat nizamnamə kapitalına ehtiyac olacaq”.

Modern.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev Milli Məclisdə, "Aqrar sığorta haqqında" qanun layihəsinin müzakirəsində bildirib.

Mirzə Əliyevin sözlərinə görə, bu sahədə subsidiyalaşdırma üçün vəsait lazımdır.

“Birinci il 8,5 milyon manat, ikinci il 10 milyon manat, növbəti illərdə 12,5-13 milyon manat vəsait lazım olacaq. Aqrar sığorta mezanizminin tam gücü ilə işləyəcəyi 10-cu ildən sonra isə həmin məbləğ azalacaq. Çünki bu növ sığorta özünü maliyyə cəhətdən təmin edəcək”.


Oxşar yazılar