Türkiyə, Rusiya və İranda ABŞ-ın Qolan təpələri qərarına birgə etiraz

  • 26 Apr - 2019

Türkiyə, Rusiya və İran Qazaxıstan paytaxtı Nur Sultanda keçirilən Astana prosesinin 12-ci raundunda ABŞ-ın işğal edilən Qolan təpələri üzərində İsrailin suverenliyini tanıma qərarını qınayıblar.

Avropa.info xəbər verir ki, konfransın ikinci günündə tərəflər yekun bəyannaməni qəbul etmək üçün ikitərəfli və üçtərəfli görüşlər keçiriblər.

Qazaxıstan xarici işlər naziri müavini Muxtar Tleuberdi Türkiyə, Rusiya, İran, Əsəd rejimi və Suriya müxalifətinin iştirak etdiyi konfransda yekun bəyannaməni oxuyub.

Bəyannamədə tərəflərin Suriyanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə sadiqliyi vurğulanır. Bu prinsiplərə hörmət edilməsinin vacibliyi, kim tərəfindən, nə cür fəaliyyətdə olduğu fərq edilmədən bu prinsiplərin pozulmamasının lazımlığı qeyd edilib.

Birgə bəyannamədə BMT-nin Qolan təpələri ilə bağlı 497 saylı qətnaməsini pozan və Yaxın Şərqdə sülh və təhlükəsizliyi təhdid edən ABŞ-ın qərarı şiddətlə qınanıb.

Sənəddə Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı müzakirələrin davam edəcəyi, Suriyanın suverenliyi və torpaq bütövlüyünə hörmət edilməsi vurğulanıb. İŞİD, “Əl-Nusra cəbhəsi”, “Həyət Təhrir Şam” və BMT-nin terror siyahısında olduğu şəxslərlə mübarizə aparılacağı qeyd olunub.

2018-ci ilin sentyabrında Soçidə İdlib atəşkəs zonasında Türkiyə-Rusiya İran birgə Koordinasiya Mərkəzinin fəaliyyəti qeyd olunub. Tərəflər münaqişənin hərbi yolla həll olunmayacağı qeyd olunaraq BMT nəzarətində siyasi keçid prosesinə bağlılıq vurğulanıb.

Astana prosesinin növbəti raundu Nur Sultan şəhərində keçiriləcək. 


Oxşar yazılar