Üzünü it parçalayan uşağın həkimi: "Müalicə bitib, amma valideynlər uşağı hələ xəstəxanada saxlamaq istəyirlər"

  • 26 Apr - 2019

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun vəziyyəti normaldır.

Avropa.info xəbər verir ki, bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.

Onun sözlərinə görə, xəstənin ətraf toxumasının plastik əməliyyatı aparıldıqdan sonra dişlənmiş yanaq bərpa edilib:

"Uşağın yaraları artıq sağalıb. Yaralar üzərinə qoyulmuş tikişlər də sökülüb. Bizim tərəfimizdən onun müalicəsi dayanıb. Amma valideynlər öz istəkləri ilə uşağı hələ xəstəxanada saxlamaq istəyirlər".

Hüseynin atası Qismət Məmişov bildirib ki, uşağın vəziyyəti artıq yaxşıdır. Amma uşağa hər hansı infeksiyon xəstəliyin keçməsindən ehtiyat etdikləri üçün onu iyunun 30-u və ya mayın 1-dək xəstəxanada saxlayacaqlar.

Xatırladaq ki, aprelin 16-da itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. İt quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.


Oxunma sayı: 66

Oxşar yazılar