27 illik komadan sonra ayıldı və ilk söylədiyi söz avtomobil qəzasında bədəni ilə qoruduğu 4 yaşlı oğlunun adı oldu - Film kimi olay

  • 26 Apr - 2019

Birləşmiş Ərəb Əmirliklərində 1991-ci ildə baş verən yol qəzasından sonra komaya düşən Munirə Abdullah adlı qadın 27 il sonra komadan oyanıb.

Avropa.info xəbər verir ki, Munirə Abdullah qəza nəticəsində beynində yaranan ciddi xəsarət üzündən komaya düşdü və uzun illər vəziyyətində ciddi dəyişiklik olmadı . Ta ki, Almaniyadakı bir xəstəxanaya köçürülüb, keçən il gözlərini açana qədər.

Munirə Abdullah yol qəzası baş verəndə 32 yaşında idi və oğlunu uşaq bağçasından evə aparırdı. Mindikləri maşın avtobusla toqquşdu. Oğlu ilə arxa oturacaqda oturan Munirə bədəni ilə 4 yaşlı oğlunun üzərini qapadaraq onu qoruyub. Ömər Vebair anasının bu hərəkəti səbəbinə qəzadan sadəcə kiçik göyərti ilə çıxa bilmişdi. Ancaq ana ağır yaralanmışdı.

Munirə başından aldığı zərbə üzündən komaya düşdü və səhhətində 27 il ciddi dəyişiklik olmadı. Ta ki, 2018-ci ildə Almaniyadakı xəstəxanada gözlərinə açanadək.

Munirənin oğlu Ömər qəza və anasının komada keçirdiyi 27 ili BƏƏ-nin “The National” qəzetinə danışıb:

“Ümidimi heç vaxt kəsmədim. Çünki içimdə onun bir gün oyanacağına dair bir hiss vardı. Anamın hekayəsini sizlərlə paylaşıram, çünki oxşar vəziyyətdə olan insanlar sevdiklərindən ümidlərini kəsməməlidirlər. Onları ölmüş kimi görməməlidirlər”.

Qəza keçirən Munirə qəzadan sonra saatlarla yardım gözləyib. Nəhayət xəstəxanaya çatdırılan Munirə daha sonra Londonda bir xəstəxanaya köçürülüb. “The National”ın yazdığına görə, xəstə Londondakı xəstəxanaya köçürülüb. Qəzet xəstəxanada Munirənin bitki həyatına daxil olduğu, ağrı hiss etdiyi, ancaq reaksiya verə bilməməsindən yazır.

Munirə daha sonra BƏƏ-yə aparılıb və Əl-Ayn şəhərində xəstəxanaya yerləşdirilib. Daha sonra səhiyyə sığortası üzündən bir neçə dəfə xəstəxana dəyişdirmək məcburiyyətində qalıb.

Burada Munirənin süni yolla qidalanaraq həyatda qalmasını təmin ediblər. Eyni zamanda əzələlərinin hərəkətsizlikdən zəifləməməsi üçün fizioterapiya tətbiq olunub. Bir neçə əməliyyat keçirdi və 2017-ci ildə BƏƏ hökumətinin verdiyi maliyyə yardımı ilə Almaniyaya aparılıb.

Munirə Almaniyadada bir neçə əməliyyat keçirib. Hərəkətsizlikdən qıc olan qol və ayaq əzələləri təmir olunub. Beyin vəziyyətini yaxşılaşdırmaq üçün dərman terapiyası tətbiq olunub.

Almaniyaya aparılmasından 1 il keçmiş oğlu Ömər anasının qaldığı xəstəxana otağındakı məsul şəxslərlə mübahisə edib və hay-küy çıxıb. Ömər baş verənləri belə nəql edir:

“Anam qəribə səslər çıxarırdı və ona baxmaları üçün həkimləri çağırıb onu müayinə etmələrini istədim. Mənə hər şeyin normal olduğunu dedilər. 3 gün sonra yatarkən birinin adımı dediyini eşitdim və oyandım. Adımı deyən şəxs anam idi. Bəli, anam. Xoşbəxtlikdən göylərə uçdum. İllərdir bu anın xəyalını qurudum və oyanınca ilk dediyi şey adım oldu”.

Ömər mübahisə zamanı anasının təhlükədə olduğunu hiss etdiyini, bunun anasında şok effektinə səbəb olduğunu və oyanmasında bunun təkanverici olduğunu bildirir. 27 illik komadan oyanan Munirə müəyyən müddətdən sonra reaksiya verməyə başladı. Hal-hazırda ağrını hiss edə bilir və qısa dialoqlar qurur. Abu Davi xəstəxanasında əzələlərini və qamətini düzəltmək üçün fiziki terapiya və müxtəlif reabilitasiya üsulları tətbiq olunur.

Avropa.info


Oxşar yazılar