Türkiyə XİN: "Suriya ilə təhlükəsiz əraziyə Türkiyə nəzarət etməlidir"

  • 26 Apr - 2019

"ABŞ-dan YPG (PKK terror təşkilatının Suriya qolu -red.) məsələsində Türkiyənin təhlükəsizliyi üçün konkret addım gözləyirik. Görürük ki, ABŞ rəhbərliyi yenidən təhdid dilində danışır".

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy deyib. 

XİN sözçüsü Türkiyə ilə Suriya arasında təhlükəsizlik bölgəsindən danışaraq bildirib ki, bu məsələdə ölkəsinin mövqeyinin qəti olduğunu bildirib: “Təhlükəsizlik bölgəsi ilə bağlı mövqeyimiz qətidir. Bu əraziyə Türkiyə nəzarət etməli, YPG terror təşkilatı orada omamalı, sərhədboyu təhlükəsizlik bölgəsinin eni 20 mil, yaxud 32 km olmalıdır”.


Oxşar yazılar