İlham Əliyev Pekində Putinlə görüşdü – Foto

  • 26 Apr - 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Rusya Prezidenti Vladimir Putinlə görüşüb.

Avropa.info-nun məlumatına görə, Vladimir Putin ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini deyib: "Sizi görməyimə çox şadam. Bizim bir-birimizlə kuluarlarda artıq qısaca söhbətimiz olub. Sizinlə artıq daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Sizinlə mütəmadi qaydada görüşürərək fikir mübadiləsi aparmaq imkanına malikik. Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr inkişaf edir. 

Hətta sizin təşəbbüsünüzlə ölkələrimiz arasında ticarət-iqtisadi sahədə əməkdaşlığın xüsusi mexanizmini yaratmışıq. Fikrimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Bütövlükdə münasibətlərimizin inkişafından məmnunuq. Əminəm ki, bu gün biz qarşılıqlı əlaqələrin bütün aspektləri barədə danışacağıq".

Azərbaycan Prezidenti İlham Əliyev isə bu görüşün əlaqələrimizin inkişafına ciddi təkan verəcəyini bildirib: 

"Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç! Yenidən görüşməyimizə çox şadam. Bu görüş əlaqələrimizin inkişafına çox ciddi təkan verəcək. Əlbəttə, mütəmadi keçirdiyimiz görüşlərdə, bütün sahələrdə qarşılıqlı əlaqələrin, əməkdaşlığın çox mühüm məsələlərini həll edirik.

Biz də əlaqələrimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və tərəflər arasında fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Siz qeyd etdiyiniz kimi, xüsusi mexanizmin irəliləməsi üçün konkret layihələr mövcuddur. Əlbəttə, əməkdaşlığın mühüm istiqaməti nəqliyyat-logistika sahəsidir. Kənd təsərrüfatı, humanitar və energetika sahəsində yaxşı nəticəmiz mövcuddur.

Düşünürəm ki, bu gün qarşılıqlı münasibətlərin səviyyəsi bir çox gündəlikdə duran regional və ikitərəfli məsələləri həll etməyə imkan verir. Ona görə də əminəm ki, bizim bu görüşümüz dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət, qarşılıqlı dəstəyə əsaslanır və bu münasibətlərin gələcək inkişafına da böyük təkan verəcək. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk və davamlı irəliyə doğru hərəkət etməsində maraqlıyıq". 


Oxşar yazılar