.jpg)
Moskvada atışma olub, ölənlər var
- 25 Apr - 2019
Rusiyanın paytaxtı Moskva şəhərində atışma olub, 2 nəfər ölüb.
Hadisə şəhərin "Novıe Çeryomuşki" metrostansiyası yaxınlığında baş verib.
Polisdəki mənbə bir nəfərin atəş açıb başqasını vurduğunu, sonra isə intihar etdiyini bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Cinayət işi açılıb, araşdırma aparılır.