İngiltərə futbolunda çempionluq mərasimləri spirtsiz içkilərsiz qeyd olunacaq

  • 25 Apr - 2019

Ramazan ayı səbəbi ilə İngiltərə futbolunda klubların çempionluğu qeydetmə mərasimlərində spirtli içkilərdən istifadə edilməyəcək.

Avropa.info xəbər verir ki, bununla bağlı İngiltərə Federasiyası qadağa tətbiq edib. Federasiyanın qərarı ilk olaraq “Mançester Siti” – “Vatford” Federasiya Kuboku finalında tətbiq olunacaq.

Federasiya bu qərarı dini inancları səbəbi ilə spirtdən istifadə etməyən və spirtdən istifadəyə yaşı çatmayan gənc futbolçular üçün tətbiq edib. Çempionluq mərasimində alkoqolsuz şampandan istifadə ediləcək.

Federasiyanın qərarı “Sky Sports” telekanalı ilə yayımlanıb.


Oxşar yazılar