Afrikadan oğurlanan qızıllar Birləşmiş Ərəb Əmirliklərinə daşınır - "Reuters"in araşdırması

  • 14:51 - 25 Aprel

Ərəb ölkələrində rejim dəyişikliyi üçün keçirilən kütləvi aksiyaların qarşısını almaq və anti-inqilabi fəaliyyətdə ittiham olunan Birləşmiş Ərəb Əmirliklərinin adı indi də qızıl qaçmaqlçılığında hallanır.

Avropa.info xəbər verir ki, BƏƏ-nin Afrikadan qeyri-leqal yollarla çıxarılan qızılın qlobal mərkəzi halına gəldiyi bildirilir.

“Reuters” agentliyi Avropa, ABŞ və digər ölkələrdəki bazarlara transfer edilmədən əvvəl BƏƏ-nin hər il qaçaqmalçılıq yolu ilə Afrikadan milyardlarla dollar dəyərində qızıl çıxardığını iddia edib.

BƏƏ gömrük məlumatlarına görə, 2016-cı ildə Afrikadan 15,1 milyard dollar dəyərində qızıl idxal olunub. BƏƏ-nin 2016-cı ildəki qızıl idxalı dünyanın ən böyük qızıl idxalçısı olan Çini belə keçib. BƏƏ Çinin satın aldığı qızılın haradasa iki qatını idxal edib.

Agentlik BƏƏ-yə daxil olan ümumi idxalat ilə qadağan olunan qızıl ticarətinin böyüklüyünü təxmin etmək üçün Afrika ölkələrindən edilən ixracatla müqayisə edib.

Afrikadakı mədən şirkətləri qızıl hasilatını BƏƏ-yə vermədiklərini, BƏƏ-nin Afrikadan gələn metal idxalatının digər rəsmi olmayan mənbələrdən gələ biləcəyini “Reuters”ə açıqlayıblar.

“Reuters” milyonlarla afrikalının qeyri-leqal yolla qızıl çıxarılmasında iştirak etdiyini, bu metodların onlar üçün böyük təminat mənbəyi olduğunu, bəzilərinin isə təsəvvür edilməyəcək səviyyədə mənfəət əldə etməsinə şərait yaratdığını yazır. Qaçaqmalçılıqla əldə olunan qızılın böyük hissəsi BƏƏ-nin qızıl sənayesinin mərkəzi olan Dubay Əmirliyində emal olunduğu bildirilir.

BƏƏ 2016-cı ildə 46 Afrika ölkəsindən idxal etdiyi qızılın məbləğini açıqlayıb. Bu ölkələrdən 25-i BƏƏ-yə satdıqları qızılın ixracatına dair sənəd təqdim etməyib. Ancaq BƏƏ 7,8 milyard dollar dəyərində qızıl idxal etdiyini açıqlayıb.

Ümumilikdə BƏƏ qızıl aldığı ölkələrə görə 67 ton çox – 3,9 milyard dollar dəyərində qızıl idxal edib.2006-cı ildən 2016-cı ilə qədər Afrikadan idxal edilən qızılın 18%-dən 50%-ə qədər artdığı bildirilir.

Faktı araşdıran şəxslər və qızıl sənayesi nümayəndələri qaçaqmalçıların Afrikadan qalxan təyyarələrdə əl baqajları ilə daşındığını deyirlər. BƏƏ qanunlarının yumşaqlığı qanunsuz çıxarılan qızın qanuni yolla vergisiz idxal edilməsinə şərait yaradır. Afrikalı tacirlər “Reuters”ə verdikləri müsahibədə qızıl üçün heç bir sənəd olmadan Dubaya idxal oluna biləcəyini deyirlər.

Digər tərəfdən Qana, Burkina-Faso, Tanzaniya və Zambiya kimi Afrika ölkələri ölkələrində istehsal olunan qızılın qaçaq yolla və geniş həcmdə cinayətkar şəbəkələr tərəfindən qaçırılmasından şikayət edirlər.

Burkina-Fasonun faydalı qazıntılar naziri Edani Oumaru “Reuters”ə verdiyi açıqlamada BƏƏ-nin bu ölkədən böyük miqdarda qızıl oğurladığını deyib.

Qana prezidenti Nana Akufo Ado fevral ayında keçirdiyi mədən səanyesi konfransında Qananın Afrikanın ən böyük ikinci qızıl istehsalçısı olmaqla yanaşı böyük miqyaslı və təhlükəli qaçaqçılıq əməliyyatlarına şərait yaratdığını demişdi.

Afrika hökumətlərinin BMT-ə verdiyi məlumatlar BƏƏ-nin illər ərzində bir çox Afrika ölkəsində istehsal olunan qızıl üçün əsas mərkəz olduğunu göstərir.


Oxunma sayı: 11858

Oxşar yazılar