Azərbaycan Türkiyəyə qaz ixracını iki dəfə artıracaq

  • 14:44 - 25 Aprel

İnfrastruktur olmadan enerji resurslarından böyük faydalar əldə etmək mümkün deyil. Bu barədə Energetika naziri Pərviz Şahbazov Çində “Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində söyləyib.

Energetika Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Pərviz Şahbazov Çində “Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində keçirilən “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nın inauqurasiya mərasimində iştirak edib. Nazir Pərviz Şahbazov çıxışında  “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nı qlobal əməkdaşlıq platforması kimi  qiymətləndirib və  bu yeni əməkdaşlıq modelinin böyük miqyasda enerji resurslarını, infrastrukturu, texnologiyaları, investisiya imkanlarını əhatə etdiyini  deyib: “Biz bu əməkdaşlığı hər kəsin malik olduğu imkanların, təcrübələrin, xoş məramın təqdim edildiyi və hər kəsin də lazımi ehtiyaclarını ödəyə bildiyi bir platforma kimi təsəvvür edirik. Bu gün bu, bir həqiqətdir ki, güclü, səmərəli və qarşılıqlı maraqlara əsaslanmayan əməkdaşlıq olmadan  yalnız enerji imkanları hesabına ayrı-ayrılıqda uğur qazanmaq mümkün deyildir. İnanırıq ki, “Kəmər və Yol Enerji Tərəfdaşlığı”  bu layihədə təmsil olunan hər bir ölkəyə enerji sektorunda  fayda gətirən uğurlu əməkdaşlıq modeli olacaq”.   

Energetika naziri mühüm nəqliyyat, logistika və enerji mərkəzinə çevrilən, enerji-kommunikasiya layihələri ilə beynəlxalq əməkdaşlığa töhfə verən Azərbaycanın   “İpək Yolu İqtisadi Kəməri”  təşəbbüsündə  iştirakından da  bəhs edib. “İpək Yolu İqtisadi Kəməri”nə xidmət edən layihələrin reallaşmasında ölkənin enerji siyasətinin rolunu diqqətə çatdıırb.   İpək Yolu dəhlizinin enerji komponentini təşkil edən  Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləri böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına,  sosial rifaha, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verən nümunələr kimi qeyd edilib.


Oxunma sayı: 14564

Oxşar yazılar