PKK terror təşkilatının siyasi qolu HDP saxta "erməni soyqırımı"nı tanıdığını bir daha bəyan etdi, müraciət yaydı - Foto

  • 18:13 - 24 Aprel

Terror təşkilatı PKK-nın siyasi qolu HDP bir daha saxta "erməni soyqırımı"nı tanıdığını açıqlayıb.  

Avropa.info xatırladır ki, 20-ci əsrin əvvəllərində erməni terror qrupları Osmanlının müharibə şəraitində olmasından istifadə edərək  Van və Ərzurumda müsəlmanları vəhşicəsinə qətlə yetirmişdilər. Bəzi kəndlərdə əhali belə qalmamışdı. Tələt Paşanın əmri ilə müsəlmanlara qarşı terror aktlarına qoşulan erməni qatillər Anadoludan çıxarilaraq deportasiya olunmuşdular. Terror aktlarına qatılmayan ermənilər isə Anadoluda yaşamağa davam etdilər.

Terror təşkilatı PKK-nın siyasi qolu olan HDP saxta "soyqırımı" tanıyan bir mesaj yayıb. 1914-cü ildə Van və Ərzurumda türklər və kürdlərin erməni terror qrupları tərəfindən qətliamını görməzdən gələn HDP yaydığı mesajda Türkiyəni ittiham edir. 

Qeyd edək ki, son parlament və bələdiyyə seçkilərində HDP Türkiyənin ana müxalifət partiyası olan CHP ilə əməkdaşlıq etmişdi. Bu əməkdaşlığın nəticəsi olaraq HDP İstanbul və Ankaradan namizəd irəli sürməmiş, CHP-nin namizədlərini dəstəkləmişdi. Bələdiyyə seçkilərinə bir neçə gün qalmış HDP-nin terrora dəstək maddəsi ilə həbsdə olan sədri Səlahəddin Demirtaş tərəfdarlarına müraciət edərək, CHP-yə səs verməyə çağırmışdı. 


Oxunma sayı: 5951

Oxşar yazılar