Şri-Lanka Prezidenti güc strukturlarının rəhbərlərini istefa verməyə çağırdı

  • 20:20 - 24 Aprel

Şri-Lanka Prezidenti Maithripala Sirisena ölkənin Müdafiə naziri Ruvan Vicivardeneni və Polis baş müfəttişi Pucit Cavasundaranı istefa verməyə çağırıb.

“News 1st” nəşri xəbər verir ki, buna səbəb aprelin 21-də ölkədə törədilən və son məlumata əsasən, 359 nəfərin ölümünə səbəb olan silsilə terror hücumları olub.


Oxunma sayı: 5390

Oxşar yazılar