2019-ci ildə Azərbaycanda iki nəfər quduzluqdan ölüb

  • 18:52 - 24 Aprel

Quduzluqdan ölüm halları o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır. 2019-ci ildə Azərbaycanda iki nəfər quduzluqdan ölüb. Hər iki hal it dişləmiş insanların vaxtında və düzgün vaksinasiya edilməməsi nəticəsində baş verib. Birinci hadisədə ev iti ilə bağlı olub, həkimə vaxtında müraciət olunmayıb. İkinci ölüm hadisəsi isə, zərərçəkənin quduzluğa qarşı yalnız bir dəfə peyvənd olunması ilə bağlıdır.

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mətbuat konfransında deyib.

Afaq Əliyeva bildirib ki, heyvan dişləməsi zamanı mütləq həkimə müraciət etmək lazımdır: “Küçə itləri peyvənd olunmur, ev itləri də təhlükəsiz deyil. İnsanlar heyvan dişləmələri zamanı ərazi üzrə poliklinikalara müraciət etməli və müalicə olunmalıdırlar”.


Oxunma sayı: 3476

Oxşar yazılar