Sudanda hərbi hakimiyyətə qarşı kütləvi etiraz yürüşü hazırlanır

  • 18:10 - 24 Aprel

Sudanda hakimiyyəti Hərbi Şuradan mülki hökumətə ötürməyi tələb edən hərəkat aprelin 25-də azı milyon nəfərin iştirakı ilə yürüş təşkil etməyi qarşıya məqsəd qoyur.

Hərəkatın başında gedənlərdən Sudan Peşəkarlar Assosiasiyasının liderlərindən Əhməd əl-Rəbiyyə bu yöndə çağırış edib.

Paytaxt Xartumda Müdafiə Nazirliyi binasının qarşısında son günlər toplaşan minlərlə etirazçı hakimiyyətin mülki hökumətə təhvil verilməsi tələblərinin yerinə yetirilməyincə dağılışmayacaqlarını bildirirlər.

Aprelin 21-də Hərbi Şuranın hakimiyyəti dərhal mülki hökumətə ötürmək tələbini yerinə yetirmədiyini bildirən hərəkat Şura ilə apardıqları danışıqları dayandırmışdı.

Xatırladaq ki, aprelin 11-də Müdafiə naziri Avad bin Aud ölkəni 1989-cu ildən idarə edən Prezident Ömər əl Bəşiri həbs etdiklərini açıqlamışdı. Bundan sonra yaradılan Həbri Şuranın yeni hökumət yaradılanadək yaxın iki il ərzində ölkəni idarə edəcəyi açıqlanmışdı.

 

report


Oxunma sayı: 6226

Oxşar yazılar