"Mən də Ərdoğan kimi sevilən bir bələdiyyə sədri olmağa çalışacam" - İmamoğlu İtaliya mediasına danışdı

  • 17:51 - 24 Aprel

İstanbulun yeni bələdiyyə sədri Əkrəm İmamoğlu İtaliyanın  "La Stampa" qəzetinin suallarını cavablandırıb.
 

Avropa.info xəbər verir ki,  "La Stampa"nın, "Ərdoğanın İstanbulun gəlmiş keçmiş ən yaxşı bələdiyyə sədri olduğu deyilir. Bu fikrə nə qədər qatılırsınız? Ərdoğanın bələdiyyə sədri dönəmi ilə müqayisə edilməkdən qorxmursunuzmu" sualına İmamoğlunun cavabı belə olub:
 
"Mənim fikirlərimin əhəmiyyətli olduğunu güman etmirəm. Ərdoğanın çox sevildiyini xatırlayıram , mən o dövrdə işləyən bir tələbə idim. Mən yaxşı bir bələdiyyə sədri kimi xatırlanmağa çalışacağam."


Oxunma sayı: 5104

Oxşar yazılar