Meksika ilə sərhədə qoşun göndərəcəm - Tramp
- 16:50 - 24 Aprel
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Meksika ilə sərhədinə hərbi kontingent göndərəcəyini açıqlayıb.
Avropa.info xəbər verir ki, o, bu barədə öz “Tvitter” səhifəsində yazıb:
“Hal-hazırda biz silahlı qüvvələrimizi ABŞ-Meksika sərhədinə göndəririk”.
Tramp Meksikanı qeyri-leqal miqrantların saxlanılması və ölkələrinə qaytarılmasında yetərincə addım atmamaqda ittiham edib.
Aprelin əvvəli vəziyyət dəyişəməyəcəyi təqdirdə ABŞ Meksika ilə sərhədi bağlamaqla hədələmişdi.