“Böyük nəticələri ola bilər” – Amerikalı senator Türkiyəni yeni sanksiyalarla hədələdi

  • 15:57 - 24 Aprel

Demokrat partiyasının üzvü, amerikalı senator Bob Menendez Ankaranın Rusiyadan S-400 HHM sistemi alması halında bunun “böyük nəticələrinin” olacağı və Türkiyə ciddi sanksiyalarla üz-üzə qalacağını deyib. 

Avropa.info xəbər verir ki, Yunanıstan baş naziri Aleksis Çiprasla Menendez bu açıqlamanı Afinada verib.

“Satınalma baş tutarsa, ilk olaraq şəxsən özümün təklif etdiyi sanksiyalar olacaq. İkincisi, Türkiyə F-35-lərlə S-400-lərə eyni anda əsla sahib ola bilməyəcək. Bu qəbul edilə bilməz və ABŞ-ın maraqlarına uyğun deyil. NATO və F-35 satın alan müttəfiqlərimiz üçün qəbul oluna bilməz və uyğunluq təşkil etmir. Belə addım bizi NATO daxili müqavilədən uzaqlaşdırar. Türkiyə S-400-ləri satın alarsa, bir ədəd F-35 belə satmarıq” – “Euronews Yunanistan”a müsahibə verən senator belə deyib.

Menendez ixracat, silah proqramı və digər sahələrlə bağlı Türkiyəyə sanksiyalar tətbiq oluna biləcəyini deyib: 

“ABŞ bankları ilə hər hansı maliyyə əməliyyatının qadağan olunması kimi güclü maliyyə rıçaqlarımız da var. Viza ilə bağlı problemlər də ortaya çıxa bilər. ABŞ prezidentinin 5 sanksiya seçə biləcəyi 8 maddəlik sanksiya paketi mövcuddur”. 

S-400-lərin alınmasının Türkiyənin müdafiə sektoru üçün böyük nəticələrə səbəb olacağını iddia edən Menendez Ankaranın müqaviləyə yenidən baxıb, NATO dəyərlərini dəstəkləyəcəyi və yaxşı müttəfiq olacağı yola dönməsini umduqlarını qeyd edib. 

Ankaranın öz siyasətini davam etdirəcəyi halda ABŞ-ın Türkiyədəki hərbi bazalarını başqa yerə köçürmək məsələsinin gündəmə gələ biləcəyini qeyd edən Menendez bu sözləri deyib:

“Belə olmazsa, ABŞ beynəlxalq maraqlarını, NATO daxilindəki və digər müttəfiqlərinin təhlükəsizliyini dünyanın başqa hansı yerində qoruması ilə bağlı məsələni gözdən keçirəcək. Bu Yunanıstan və ya başqa yer ola bilər”.


Oxunma sayı: 11814

Oxşar yazılar