Memarlar etiraz edirlər: Bakıda bu binanı sökmək olmaz!

  • 15:33 - 24 Aprel

Azərbaycan Memarlar İttifaqı Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən tarixi binanın sökülməsinə qarşı qəti etirazını bildirib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl haqqin.az və virtualaz.org Bakının H.Z.Tağıyev küçəsi, 18-22 ünvanında yerləşən, XIX əsrin sonları – XX əsrin əvvəllərində tikilmiş binanın sökülməsinin və onun yerində “müasir, gözəl yeni bina”nın tikintisinin planlaşdırılması barədə yazmışdı. Lakin Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən bildirilib ki, onlara tarixi binanın sökülməsi və onun yerində yeni binanın tikilməsi ilə əlaqədar heç bir sorğu daxil olmayıb. Müvafiq olaraq, Dövlət Komitəsi heç bir icazə verməyib.

Azərbaycan Memarlar İttifaqının rəhbəri Elbay Qasımzadə də Hacı Zeynalabdin Tağıyevin tarixi binasının sökülməsinin yolverilməzliyi barədə xüsusi bəyanatla çıxış edib.

“Tərəfimizdən Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsi və bu sərhədlər daxilində müstəqil inzibati rayonun yaradılması təklifi veriləndən və bu təklifin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyənilərək dəstəklənməsindən sonra tarixi məkana hər hansı özbaşına müdaxilə yolverilməzdir. Buna görə də, Hacı Zeynalabdin Tağıyev, 18-22 ünvanında yerləşən bina sökülə bilməz. Buna görə məsuliyyət daşıyan heç bir dövlət qurumu həmin işə razılıq verməz”, - Elbay Qasımzadənin redaksiyamıza daxil olmuş bəyanatında deyilir.


Oxunma sayı: 5533

Oxşar yazılar