F-35-lərə alternativ rus təyyarələrini Türkiyə ilə müzakirə etməyə hazırıq – “Rosoboroneksport”

  • 14:48 - 24 Aprel

ABŞ Türkiyəni F-35 təyyarəsi proqramında çıxarmaq təhdidlərinə davam edəkən Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rosoboroneksport”un sədri Aleksandr Mixeyev Rusiyanın Türkiyə ilə F-35-lərin yerinə tədarük ediləcək alternativ təyyarələri müzakirə etməyə hazır olduğunu bildirib.

Avropa.info xəbər verir ki, bu barədə S-400 HHM sisteminin Türkiyəyə tədarükü ilə bağlı suallara cavab verərkən deyib.

“Əgər türk tərəfi müzakirələrdə iştirak etmək üçün bizə müraciət edərsə, Türkiyəyə imkanlarımız daxilində rus döyüş təyyarələrinin tədarükünü təmin etməyə hazır olacağıq” – o, belə deyib.

S-400-lərin Türkiyəyə iyul ayında gətiriləcəyini deyən Mixeyev S-400-lərin birgə istehsalı ilə bağlı Türkiyə və Rusiya arasında razılığa gəlindiyini bildirib.

“Hər məsələni müzakirə etdik və haqqında qərar verdik. Proqram üzərində razılıq əldə etdik, müqavilələri yerinə yetirməyə çalışırıq” – o, belə deyib.


Oxunma sayı: 7403

Oxşar yazılar