Gənclər və İdman İdarəsinə yeni rəis təyin edildi

  • 15:12 - 24 Aprel

Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Avropa.info "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, bu vəzifəyə Azad Quliyev təyinat alıb. Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin əvvəlki rəisi Aqşin Bağırovötən gün Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, A.Quliyev bu təyinatadək Biləsuvar Rayon İcra Hakimiyyətinin Ərazi-idarəetmə şöbəsində çalışıb. 


Oxunma sayı: 5148

Oxşar yazılar