Şok : Kanada Filippinə məişət tullantıları ilə dolu konteynerlər göndərdi , Duterte rəsmi Ottavanı müharibə ilə hədələdi - "Ya zibillərinizi geri alın, ya da..."

  • 14:38 - 24 Aprel

Kanada 2013-2014 illəri arasında Filippinə qanunsuz olaraq məişət tullantıları göndərmiş, zibil dolu konteynerləri görən Filippin xalqı şoka düşmüşdü. 

Avropa.info xəbər verir ki, İllərdir Kanadanın zibillərini geri almaması Filippin prezidenti Rodriqo Dutertenin qəzəblənməsinə səbəb olub. Duterte, Kanadanın zibil yığınlarını geri almayacağı  təqdirdə müharibə elan ediləcəyini bildirib. 
 
" Bir gəmi hazırlanmasını istədim. Kanada, zibillərini ya geri alacaq və ya da Kanadada bir quyu qazıb məişət tullantılarını ora tökəcəyəm. Kanadaya müharibə də elan edə bilərik.  Zibillərini geri verəcəyəm, nə olursa olsun. Sadəcə gözləyin və görün" - Duderte belə deyib.


Oxunma sayı: 10527

Oxşar yazılar