Bakıda piyadanı vuran daha bir sürücü tutuldu

  • 14:34 - 24 Aprel

Aprelin 22-də Xətai rayonunun Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 23 radələrində yolu keçərkən "Audi” markalı avtomobillə vurulmuş paytaxt sakini Şamo Ağayev hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, faktla əlaqədar Xətai Rayon Polis İdarəsi əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Polis əməkdaşları ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Babayevi saxlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb.


Oxunma sayı: 5775

Oxşar yazılar