Təhsil Nazirliyi "Formula 1"lə bağlı məktəblərə təlimat göndərib

  • 13:51 - 24 Aprel

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə aprelin 26-28-də Bakı şəhərində keçiriləcək "Formula 1" SOCAR Azərbaycan Qran-prisi ilə bağlı təlimat məktubu göndərilib.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur. 


Oxunma sayı: 3850

Oxşar yazılar