Ərdoğandan saxta "erməni soyqırımı" iddialarına cavab : " Tarixdə heç bir qətliama, soyqırıma aidiyyatımız yoxdur"

  • 13:15 - 24 Aprel

"Heç bir qətliama və soyqırıma aidiyyatımız yoxdur. Erməni məsələsi və terrorla mübarizə üzərindən Türkiyəyə insan haqları və demokratiya dərsi verməyə qalxanların qanlı bir keçmişə sahib olduğunu görürük."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan saxta "erməni soyqırımı" iddialarının ildönümünə münasibət bildirərkən deyib. Ərdoğan saxta "erməni soyqırımı" iddialarını irəli sürən Ermənistana da mesaj göndərib.

"Bizim əcdadlarımızı qəlbləri fəth edərək hakimiyyət dairəsini genişləndirmişdir. Son əsrlərdə bəşəriyyətin yaşadığı böyük qırğınların səbəbkarı bu gün insan haqları və azadlıqlar maskası taxanlardır. Xaç yürüşlərində 4 milyon insanın ölümünün səbəbkarı nə türklər, nə də müsəlmanlardır. Soyqırımdan bəhs edənlər Avropadakı yəhudi ovunu yaddaşlarından siliblər. Ahıska türklərini qatarlarla ölümə göndərənləri unutmamışıq, unutmayacağıq. Məsumların Liviya və Əlcəzair çöllərində fəryadlarını bu gün də eşidirik. 

Fransa prezidenti Makrona "bu işlərdə yenisən, Əlcəzairdə, Ruandada etdiyiniz qırğınları bilirəm" dedim. Qətliamların, soyqırımların, işgəncələri araşdiranda bu gün demokratiya, azadlıq kimi hay-küy salanları görəcəksiniz. 

Biz arxivlərimizi açdıq. Ey Ermənistan sənin arxivlərin varsa, aç. Üçüncü ölkələrdə varsa, onlar da açsın. Tarixçilər gəlib işləsinlər. Sonra siyasətçilər olaraq biz danışaq. Həqiqəti bilmək istəyən hər kəsə arxivlərimizin qapıları sonuna qədər açıqdır. Erməni məsələsini qaldıran heç bir dövlət  iddialarını arxivlərlə sübut edə bilməyiblər" - Ərdoğan belə deyib.


Oxunma sayı: 6204

Oxşar yazılar