Kim Çen In limuzinə minib Putinlə görüşə getdi

  • 12:31 - 24 Aprel

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidfenti Vladimir Putinlə görüşmək üçün bu səhər Primorski vilayətinə gəlib. 

Avropa.info xəbər verir ki, zirehli qatarla Rusiyaya gələn Kim Çen In həmişə Rusiyada olmağı arzuladığını deyib. Kim Çen Inın sözlərinə görə, Rusiya haqda çoxlu yaxşı sözlər eşidib.

KXDR rəhbərini Primorski vilayətinin qubernatoru Oleq Kojemyako qarşılayıb.

Vladivostok vağzalında qatardan enən Kim Çen In limuzinə minərək Putinlə görüşün planlandığı Russkiy adasındakı kampusa gedib. Kortejin hərəkəti zamanı Vladivostok şəhərinin mərkəzi yolları qapadılıb.


Oxunma sayı: 5291

Oxşar yazılar