Tramp PKK/PYD üçün umduğu dəstəyi ala bilmədi - “Wall Street Journal”

  • 11:46 - 24 Aprel

Ağ Evin Suriyadan hərbçiləri çıxarma qərarından sonra terror təşkilatı PYD-nin bünövrəsini təşkil edən Suriya Demokratik Qüvvələrinin Suriyada nəzarət etdiyi ərazilər üçün Avropa və ərəb ölkələrindən umduğu dəstəyi tapa bilmədiyi iddia edilir.

Avropa.info xəbər verir ki, bu barədə amerikalı və digər xarici vəzifəli şəxslərə istinadən “Wall Street Journal” qəzeti yazıb. ABŞ prezidenti Donald Trampın bu günə qədər Suriyaya hərbçi göndərməsi üçün müraciət etdiyi 21 ölkənin yarısı mənfi cavab verib. Digər ölkələr isə çox miqyasda dəstək verməyə hazır olduqlarını bildiriblər.

Tramp hökuməti üzvləri indiyədək İngiltərə, Almaniya, Fransa, Danimarka, Avstraliya, Norveç və Belçika paytaxtlarında görüşlər keçiriblər.

ABŞ-ın 14 Avropa ölkəsi ilə keçən həftə görüşdüyü və bu ölkələrdən də loqistik dəstək, hərbi təlim və stabilliyi təmin etmək məqsədilə maliyyə yardımı tələb etdiyi məqalədə qeyd olunub.

Bir çox Avropa ölkəsi daxildəki siyasi təzyiqdən dolayı sadəcə İŞİD ilə mübarizədə iştirak etmək istədiklərini, ancaq İŞİD sonrası mərhələdə Suriyada olmaq istəmədiklərini bildirib. Bəzi ölkələr ABŞ-ın Suriyadakı strategiyasının detallarını açıqlamasını gözləyərkən, digər ölkələr isə hərbi əməliyyatlara sadəcə humanitar yardımla dəstək verəcəyini qeyd edib.

ABŞ-ın Avropadan dəstək ala bilməməsi diqqəti Suriyanın şimal-şərqində təhlükəsiz zona yaradılması ilə bağlı Türkiyə ilə keçirdiyi görüşlərə yönəldib. 


Oxunma sayı: 4719

Oxşar yazılar