Yasamal sakinləri səhəri "sürpriz"lə açdılar: Gözlərinə inanmadılar – Foto

  • 10:38 - 24 Aprel

Bakının Yasamal rayonunda oğurluq hadisəsi olub.

Zərərçəkənlərin milli.az-a verdiyi məlumata görə, rayonun İnşaatçılar prospekti, Bina 1, mənzil 28, 29, 30 ünvanında su sayğacları oğurlanıb.

Bina sakinləri oğurluq hadisəsi ilə bağlı bunu deyiblər:

"Səhəri "sürprizlə" qarşılaşdıq. Binanın su sayğacları oğurlanıb. Səhər 7-də səs-küylə qonşular yığılıb. Baxırıq ki, 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki sayğaclar yoxdur".

Qeyd edək ki, oğurluq olayı ilə bağlı sakinlər polisə xəbər veriblər.

Yasamal sakinləri SƏHƏRİ "SÜRPRİZ"LƏ AÇDILAR: Gözlərinə inanmadılar - FOTO

Oxunma sayı: 5159

Oxşar yazılar