İlham Əliyev Pekində Vladimir Putinlə görüşəcək

  • 22:37 - 23 Aprel

Aprelin 26-da Çində Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçiriləcək.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə RF dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.

“Aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevlə görüş olacaq. Bu yaxınlarda liderlər telefonla danışmışdılar və fəal dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər”, - deyən Uşakov qeyd edib ki, dialoq zamanı həm ikitərəfli məsələlər, həm də digər məsələlər müzakirə olunacaq.

“Nəzərdə tutulur ki, iki liderin bu əlaqələri yalnız Pekindəki görüşlə məhdudlaşmayacaq, həm də digər görüşlər, o cümlədən yayda və ola bilsin ki, payızda gözlənilir”, - o, sözlərini yekunlaşdırıb.


Oxunma sayı: 4235

Oxşar yazılar