Rumıniya Prezidenti Vladimir Zelenskini prezident seçkilərində qələbə münasibətilə təbrik edib

  • 21:28 - 23 Aprel

Rumıniya Prezidenti Klaus Yohannis Ukraynada prezident seçkilərində qələbə qazandığına görə Vladimir Zelenskini təbrik edib. 

Avropa.info xəbər verir ki, K.Yohannis iki ölkə arasında münasibətlərin güclənəcəyinə və daha da inkişaf edəcəyinə ümid bəslədiyini bildirib. O, Ukraynanın Avropa İttifaqı ilə imzaladığı assosiasiya sazişinə əsasən, yüksək sürətlə modernləşməyə doğru irəliləyəcəyi barədə inamını qeyd edib. Təbrik Rumıniya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.


Oxunma sayı: 4466

Oxşar yazılar