Qubada yeniyetmə qız özünü körpüdən atıb

  • 18:51 - 23 Aprel

Quba rayonunda yeniyetmə qız özünü körpüdən ataraq intihar etmək istəyib.

Avropa.info report-a istinadən xəbər verir ki, rayonun Möhüc kənd sakini, 2004-cü il təvəllüdlü F.M özünü Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən atıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan şəxslər onu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səyi nəticəsində qız sağ qalıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6171

Oxşar yazılar