Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib

  • 18:23 - 23 Aprel

Aprelin 23-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan Avropa.info-ya verilən məlumata görə, iclasda Milli Televiziya və Radio Şurasının 2019-cu il 28 fevral tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) 2019-cu il 11 mart tarixdən 2019-ci il 11 aprel tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “TV-Media Azerbaijan” MMC, “RTV” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

Müzakirənin nəticəsi olaraq Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndlərini və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) 2019-cu il 11 mart tarixdən 2019-cu il 11 aprel tarixədək elan olunmuş müsabiqənin qalibi müəyyən edib və ona ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilməsi qərara alınıb.


Oxunma sayı: 4367

Oxşar yazılar